İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcü professor: “Qarabağ uğrunda döyüşməyə dəyərdi”

“Azərbaycanda Qarabağ kimi gözəl ikinci bölgə yoxdur. Mən Qarabağa məftun oldum. Bu torpaqlar uğrunda döyüşməyə dəyərdi”.

Musavat.com "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstan Milli Muzeyinin baş kuratoru, tarix elmləri doktoru, professor, “Qarabağ xanlığı – tarixi və mədəni kimlik” kitabının müəllifi Eldar Nadiradze “Gürcüstan-Azərbaycan: Əsrlərin sınağından keçmiş dostluq irsi” adlı beynəlxalq konfransda çıxışında deyib.

Onun sözlərinə görə, Gürcüstan Milli Muzeyində Azərbaycana aid unikal materiallar saxlanılır: “İlk olaraq muzeyin fondunda qorunan Azərbaycan xalçaları haqqında kitab hazırladıq. Növbəti nəşrlər İrəvan xanlığı, Bakının mədəni irsi və Qarabağ xanlığına həsr olundu. Mənim bir ideyam da var və onu mütləq həyata keçirmək istəyirəm. Gürcüstan Milli Muzeyində saxlanılan Azərbaycanın maddi və mədəni irsi haqqında kitab üzərində işləməyi arzulayıram. Bu nəşri hazırlayacağam və sevimli Azərbaycan xalqına hədiyyə edəcəyəm”.

Qeyd edək ki, “Qarabağ xanlığı – tarixi və mədəni kimlik” kitabı Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Xarici İşlər Nazirliyinin dəstəyi ilə işıq üzü görüb. Nəşrdə Qarabağ xanlığının zəngin tarixi irsi Gürcüstan Milli Muzeyində saxlanılan artefaktlara əsasən təqdim edilib.

Kitabının ilk təqdimatı müəllif E.Nadiradzenin də iştirakı ilə iyulun 9-da Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi çərçivəsində Şuşa şəhərində keçirilib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR