Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasından istefa verənlər yeni hərəkat yaradıblar.
Musavat.com xəbər verir ki, bu barədə parlament üzvü Sozar Subari brifinqdə bildirib.
Onun sözlərinə görə, ictimai hərəkatın məqsədi cəmiyyətə həqiqəti çatdırmaq, ölkənin müharibəyə cəlb edilməsinin qarşısını almaq və Gürcüstanın Avropaya inteqrasiyasını dönməz etmək olacaq.
Qeyd edək ki, son bir ayda “Gürcü Arzusu”nu 4 deputat və müxtəlif bölgələr üzrə 6 nəfər yerli icra hakimiyyəti nümayəndəsi tərk edib.
12 Noyabr 2024
11 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ