İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün videosu - ermənilər Rusiyaya traktor və kotanla dəstək verir

Bu video Ermənistanda çəkilib və Rusiyanın propoqanda ruporu "Sputnik" tərəfindən yayılıb.

Videodan görünür ki, bunlar kənd zəhmətkeşləridir, əkin sahəsində işləyirlər və malaladıqları şuma "Putin" yazıblar, yeni rus svastikasının rəmzi olan Z hərfi həkk ediblər. 

Ermənilər bu aksiya ilə Ukraynada işğalçılıq müharibəsi aparan Rusiyaya dəstək verdiklərini nümayiş etdirirlər.

Bu, adi yaltaqlıqdır, güclüyə yarınmaqdır, başqa bir şey deyil. Eyni zamanda çarəsizliyin tablosudur. Necə deyərlər, dənizə düşən ilana sarılar.

Bu, həm də onun göstəricisidir ki, bu qövm öz mənafeyi üçün istənilən vaxt haqq-ədaləti bir kənara qoyaraq, zülmkara dəstək verə, onun maşası ola bilər. 

Videoda ermənilərin mühüm bir hissəsinin xəstə düşüncəsi əks olunur.  

Eyni zamanda bu kadrlara baxarkən o boyda rus imperiyasının, qüdrətli Kremlin düşdüyü vəziyyət görünür. Görün, o boyda dövlət nə günə qalıb ki, şum aparan traktorun fonunda çəkilmiş təbliğat çarxından yararlanmağa çalışır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR