İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu: Çörək yolunda dəmir mıxlı maneə

Avtomobillərinə minib qanundan qaçan qanqsterləri durdurmaq üçün yola sərilən, əsasən xarici filmlərdə gördüyümüz bu dəmir tikanlı maneə Ağdamda, Xankəndiyə aparan yolun üstünə döşənib.

Bunu bura Rusiya sülhməramlıları sərib. Məqsəd Azərbaycandan Xankəndiyə göndərilən ərzaq dolu yük maşınlarının qarşısını kəsməkdir.

Göründüyü kimi, həmin maşınlar bu dəmir tikanların üstündən keçib gedə bilməz, hamısının təkəri partlayar, yarı yolda qalarlar.

Bu, bəlkə də dünyada humanitar yükün qarşısının kəsilməsinə dair ilk faktdır. Hər halda indiyə qədər heç kəs bu qədər humanitar yükün qarşısını bu üsulla kəsməyib. Humanitar yardımdan imtina edənlər olub, amma yola dəmir tikanlı maneələr döşəməyiblər.

1693378698_c2723800-bc63-3dfa-941c-170b34c556ed.jpeg (484 KB)

Hansı aclıq çəkən bölgə belə edər? Tarixdə analoqu yoxdur. Dünənəcən demirdilərmi, Xankəndi şəhərinin və ətraf qəsəbələrin əhalisi yeməyə çörək tapmır, aclıq çəkir? Deyirdilər. Haray-həşirləri bütün dünyanı başına götürmüşdü.

Ancaq bu gün məhz onların tələbi və xahişi ilə rus “sülhməramlılar”ı çörəyin qarşısını dəmir mıxla kəsirlər.

Bu, özünüifşadır. İndən belə ermənilər hansı üzlə “blokada”dan, “humanitar fəlakət”dən danışacaq?

Hələ birinci ona baxaq ki, humanitar yükün qarşısını kim nəylə bloklayıb.

Bu necə “blokada”dır ki, Azərbaycanın 40 ton ərzağı yolun kəsilməsi üzündən Xankəndiyə çatmır? Və bu, necə “humanitar fəlakət”dir ki, “acından ölənlər” 5 addımlıqdakı ərzağa əl uzatmırlar? Bu, nəyin qürurudur?

Əslində bu, suda boğulanın ona atılmış xilasedici kəmərdən imtina etməsidir. Eyni zamanda bu, ermənilərin aylardır davam edən “aclıq vay-nöfsəsi”nin sonu, puç olmasıdır.

Aclıq çəkən insanlar siyasət intriqası aparmazlar, düşdükləri durumdan çıxmaq üçün onlara uzadılmış əli tutarlar.

Xankəndi ermənilərini idarə edənlərin belə bir fikri yoxdur. Ancaq çoxbilmiş quş dimdiyindən tələyə düşdüyü kimi, ermənilər də hər dəfə hiyləgərliklərinin, kələkbazlıqlarının qurbanı olur, naqolay durumda qalırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR