Onlayn ictimai-siyasi qəzet
Bu şəkil bu gün postsovet məkanı ölkələrinin mediasını dolaşmaqdadır, sabah Avropa mətbuatında da yer alacaq.
Bir müddət əvvələ qədər o, Xankəndidə oturaraq, əmin-arxayın şəkildə yerli və xarici telekanallara ard-arda müsahibələr verir, Azərbaycanın əleyhinə təbliğat aparır, hərzə-hədyanlar söyləyirdi.
Özü Qarabağdan olmadığı halda, o, hamıdan artıq Qarabağ ermənisi olmuşdu və Moskvadakı biznesini qoyub gəlmiş, Xankəndiyə yerləşmişdi. Arada Moskvadakı əlaqələrinin və pul-parasının hesabına “dövlət naziri” də oldu. Əvvəlcə çox qazlıydı, elə bilirdi, Qarabağın dağlıq hissəsində vəziyyəti ermənilərin xeyrinə dəyişə biləcək.
Ancaq Vardanyanın yüksək vəzifəyə təyinatı ermənilərin durumunu daha da ağırlaşdırdı. Azərbaycan dövləti buna qədər xeyli təmkinli idisə, Vardanyanın təyinatından sonra ortada məkrli planların olduğunu sezərək mövqeyini sərtləşdirdi, Laçın yoluna nəzarəti öz üzərinə götürdü və Vardanyan acı reallıqlarla üz-üzə qaldı.
O, dəvədən yıxılsa da, “höt-höt” deməkdə davam edirdi, öz aləmində çıxış yolları arayırdı, amma anti-Azərbaycan ritorikasını də əldən qoymurdu. Adam özünü “ələ keçməz bin Laden” hesab edirdi.
Budur, “Qarabağdan meyidim çıxacaq” deyən Vardanyan artıq sağ-salamat halda sərhədçilərimizin qoltuğundadır.
Onun necə cəzalandırılacağını isə bilmək olmaz. Ola bilər, başqa ölkənin vətəndaşı olduğu üçün ekstradisiya ediləcək və ya elan olunmuş amnistiyadan yararlanaraq azadlığa çıxacaq.
Əsas odur ki, bir neçə ay öncə gur-guruldayan adam indi məlul-müşkül şəkildə qolu bağlı qara qula dönüb.
Rusların heç kəsin dilənçi torbasından və türmədən sığortalanmadığı barədə bir məsəli var, onu Vardanyan da yaxşı bilir.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ