İnsanlara hürriyət, millətlərə istiqlal!

İvanişvili sərvətinin YARISINI İTİRDİ

Hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyasının qurucusu, milyarder Bidzina İvanişvili sərvətinin demək olar ki, yarısını itirib və "Forbes" jurnalının milyarderlər siyahısında 1362-ci yerdə qərarlaşıb.

Musavat.com xəbər verir ki, "Forbes"in 2025-ci il üçün qiymətləndirməsinə görə, onun sərvəti 2,7 milyard dollar təşkil edir, halbuki 2024-cü ildə bu rəqəm 4,9 milyard dollar olub.

ABŞ 2024-cü ildə Bidzina İvanişviliyə qarşı maliyyə sanksiyaları tətbiq edib.

İvanişvili ilk dəfə 2006-cı ildə dünyanın ən varlı insanları siyahısına 3,9 milyard dollar sərvətlə (dünya üzrə 173-cü yer) daxil olub. O, 2008-ci ildə ən yüksək göstəricisini əldə edərək 6,4 milyard dollar sərvətlə 143-cü yerdə qərarlaşıb.

Buna baxmayaraq, "Bloomberg" agentliyi onun sərvətini rekord həddə – 7,8 milyard dollar dəyərində qiymətləndirib.

İvanişvilinin siyasi karyerası

Bidzina İvanişvili sərvətini 1990-cı illərdə Rusiyada qazanıb, daha sonra Gürcüstana köçərək uzun müddət xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. 2011-ci ildə siyasətə qatılacağını elan edərək "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyasını qurub. Bu partiya daha dörd partiya ilə koalisiyada 2012-ci ilin oktyabr seçkilərində qalib gələrək Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyasının doqquz illik hakimiyyətinə son qoyub.

İvanişvili parlament seçkilərində qalib gəldikdən cəmi bir il sonra siyasətdən getdiyini elan edib. Lakin 2018-ci ilin mayında yenidən qayıdaraq hakim partiyanın sədri olub.

2021-ci ildə siyasətdən birdəfəlik ayrıldığını elan edən İvanişvili, böyük bir hissə aktivlərini xeyriyyə fonduna bağışladığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR