İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu: Bayrağa qarşı atılan yanlış addım, bayraq önündə mağmun poza

Bu foto Azərbaycanda çəkilib. Şəkildə görünən üç gəncin üçü də ermənidir. Onlar futbolçudurlar və 10 gün əvvəl Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış, inzibati həbslə cəzalandırılmışdılar. Bu gün azad ediliblər.

Əslində onlar daha artıq cəzaya layiq idilər. Çünki əməllərində cinayət tərkibi vardı, Azərbaycanın dövlət atributunu təhqir etmişdilər.

Bu, əməl onların Azərbaycan dövlətinə və xalqına nifrətinin göstərəcisi olmaqla yanaşı, xalqlar arasında nifaqın qızışdırlması aktıydı. Onların hərəkətini əks etdirən video yüz minlərlə həmvətənimizin hiddətinə səbəb olmuşdu.

photo_2023-09-07_16-19-23.jpg (87 KB)

İki il əvvəl lentə alınmış həmin hərəkəti edərkən, milli bayrağımıza qarşı yolverilməz əmələ qol qoyarkən bu gənclər, təbii ki, cəzasız qalacaqlarını düşünmüşdülər. Onlar bilsələr ki, gün gələcək, məsələn, 2023-cü ilin sentyabr ayının əvvəllərində bir zamanlar təhqir etdikləri bayrağın qarşısında lal-dinməz, fağır-fasıq şəkildə oturmağa məcbur olacaqlar, o hərəkəti etməzdilər.

Onların o vaxt atdıqları addım, əslində, əlacsızlığın, çarəsizliyin, gücsüzlüyün əlaməti idi. Güclü və qalib ölkələrin vətəndaşları öz düşmənlərindən bu cür acıq çıxmırlar.

İndi bu, özləri demişkən, txalar Azərbaycanın gücünü də, humanistliyini də gördülər. Qoy gedib danışsınlar...

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR