Onlayn ictimai-siyasi qəzet
İranın paytaxtı Tehranda, “Evin” həbsxanasında məhkum olan güneyli müəllim və fəal Cəfər İbrahimi beş il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı Müəllimlərin Həmkarlar İttifaqının Koordinasiya Şurasına istinadla xəbər yayıb.
Şura bununla məhkəmənin qərarını pisləyən bəyanat yayıb.
Xatırladaq ki, Cəfər İbrahimi Müəllimlər Birliyinin 2022-ci il 1 may tarixinə təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ