Onlayn ictimai-siyasi qəzet
ABŞ rəsmiləri, Suriyada yeni qurulan müxalifət hökumətinin lideri Əhməd Əş-Şara - Culani ilə görüş keçiriblər. Görüşün “yaxşı və əhatəli” keçdiyi bildirilib.
Musavat.com bildirir ki, Əhməd Əş-Şara, Heyət Təhrir əş-Şam (HTŞ) qrupunun lideridir. HTŞ, Suriyada rejimə qarşı fəaliyyət göstərən əsas silahlı müxalifət qruplarından biri olub. Hazırda Suriyada müvəqqəti hökuməti quran da əsasən HTŞ və digər müxalifət qüvvələrdir. Əhməd Əş-Şara ABŞ tərəfinən ən çox axtarılan terroristlər siyahəsında okub. Amerika bir zamanlar onun başına 10 milyon dollar mükafat təyin etmişdi.
***
Görüşlə bağlı sonradan yayılan məlumatlar əsl sensasiya xarakterlidir.
Belə ki, ABŞ Dövlət Departamenti, Dəməşqdə keçirilən görüşdən sonra Heyət Təhrir əş-Şam (HTŞ) lideri Əbu Məhəmməd Əl-Culaniyə görə təyin edilmiş 10 milyon dollar mükafatı ləğv edəcəyini açıqlayıb.
Musavat.com-un hazırladığı xəbərdə bildirilir ki, ABŞ-ın Yaxın Şərq işləri üzrə dövlət katibinin köməkçisi Barbara Lif Dəməşqdə Əl-Culani ilə görüş keçirib. Bu görüşün nəticəsi olaraq, ABŞ tərəfi HTŞ lideri ilə əldə olunan anlaşmanın qarşılığında onun yeri barədə məlumat üçün nəzərdə tutulmuş mükafatı geri çəkəcəyini bildirib.
Musavat.com
21 Dekabr 2024
20 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ