İnsanlara hürriyət, millətlərə istiqlal!

Göygöldə inək oğrusu saxlanılıb

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində iyul ayı ərzində rayonun Kərəmli kəndindən vətəndaşlara məxsus iri buynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı məlum olu ki, rayonun Hacıməlik qəsəbə sakini Ramin Yusibov vətəndaşa məxsus ümumi dəyəri 10.000 manat olan 6 baş iri buynuzlu mal qaranı kənd ərazisindəki otlaq sahədən oğurlayaraq Gəncə şəhərində yaşayan qaynanasının evində gizlədib.

Bundan başqa saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun daha bir cinayət əməli aşkar olunub. Belə ki, R. Yusibov Kərəmli kəndindəki otlaq sahədən daha bir vətəndaşa məxsus ümumi dəyəri 2000 manat olan 2 baş iri buynuzlu mal qaranı oğurlayaraq satıb.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib, faktla bağlı araşdırmalar davam etdirilir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR