Onlayn ictimai-siyasi qəzet
Müqavilə adlanan kağız parçaları və Qərbdən gələn bəyanatlar sülhü təmin etməyəcək və Ermənistanı qoruya bilməyəcək.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.
"Ermənistan rəhbərliyinin daimi güzəştləri heç bir nəticə vermədi. Fakt budur ki, hər hansı sülh müqaviləsi imzalansa belə, bu, sülhə zəmanət vermir. Tarix müqavilələrin nəticə vermədiyi bir çox halları bilir. Bizim Üçtərəfli Bəyanatımız da işləmir”,-deyə o bildirib.
Xaçikyanın sözlərinə görə, Üçtərəfli Bəyannaməni imzalayan bütün dövlətlər, o cümlədən Ermənistan tərəfindən pozulub. Onun fikrincə, faktiki olaraq Praqa Bəyanatının imzalanması Üçtərəfli Bəyanatın sonunun başlanğıcına çevrilib.
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ