Onlayn ictimai-siyasi qəzet
Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşaya köçürüləcək.
Musavat.com APA-ya istinadla xəbər verir ki, bu sözləri Şuşada "İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" mövzusunda keçirilən seminar çərçivəsində təşkil olunmuş Qarabağ Universitetinə media-tur zamanı universitetin rektoru Şahin Bayramov deyib.
O qeyd edib ki, 6 fakültə, 27 ixtisas üzrə Qarabağ Universitetində ölkəmizin bütün regionlarından gənclər təhsil alır:
"1154 tələbə ilə təhsil prosesinə start vermişik. Bu, çox yüksək rəqəmdir. Universitetə qəbul olan tələbələrin ortalama balı 470-dir. Müasir tipli universitet, akademik məzmun, tədqiqatyönümlü mühit yaratmaq arzusundayıq".
Rektor universitetin Aqrar fakültəsinin Xocalı şəhərində açılmasının nəzərdə tutulduğunu da vurğulayıb.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ