Onlayn ictimai-siyasi qəzet
Tavuş vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.
Saat 12:00 radələrində İcevan-Göyçə-İrəvan yolunun 130-cu km-də “QAZel” markalı mikroavtobus və “VAZ-2106” markalı minik avtomobili toqquşub. Fotojurnalist Qaqik Şamşyanın hadisə yerindən verdiyi məlumata görə, qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 15 nəfər İcevan tibb mərkəzinə yerləşdirilib.
Toqquşma nəticəsində “QAZel” aşıb və qismən yolun hərəkət hissəsinə çıxıb. Hadisə yerində patrul xidməti gücləndirilib. Qəza ilə bağlı məlumat Tavuş Regional İstintaq İdarəsinə ötürülüb, oradan bir qrup müstəntiq gəlib.
Qəza ilə bağlı cinayət işi başlanıb, xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir. Fotomüxbirin sözlərinə görə, “QAZel”i İrəvan sakini 59 yaşlı Qalust Marqaryan, “altılığı” isə Tavuş vilayətinin 58 yaşlı sakini Qaregin Arutyunyan idarə edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ