İnsanlara hürriyət, millətlərə istiqlal!

Goranboyda sel fəsadlar törədib

Goranboy rayonunda yağan leysandan sonra sel bəzi kəndlərdə fəsadlar törədib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon ərazisində yağan güclü leysan nəticəsində yaranan sel rayonun Börü və Qarqucaq kəndlərində həyətyanı və əkin sahələrinə, kənddaxili yollara dolub, təsərrüfata ziyan vurub.

Sel Qarqucaq kəndində körpünü qəzalı vəziyyətə salıb.

Qeyd edək ki, Goranboy Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən monitorinq aparılır, dəymiş ziyan hesablanır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR