İnsanlara hürriyət, millətlərə istiqlal!

“Google” Sürix ofisində ixtisara gedir: İşçilərin ETİRAZI  

“Google”un Sürix ofisində ümumilikdə 2000 nəfərin ixtisar ediləcəyi bildirilir. İşçilərin həmkarlar ittifaqı “Google” ilə danışıqlar apararaq, işdən çıxarmaq əvəzinə maaşları və iş saatlarını azaltmağı təklif etsə də, “Google” bunu xoş qarşılamayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Syndicom işçi həmkarlar ittifaqının bəyanatında deyilir: "Sürixdəki üzvlərimiz və işin dayandırılmasında iştirakçı olan bütün işçilər böyük həmrəylik nümayiş etdirirlər".

“Google”-un hansı əsasla ixtisara getdiyinin açıqlanmaması da işçiləri narahat edir. Prosesin şəffaf olmadığını deyən işçilər, “Google”un hər il milyardlarla dollar qazanc əldə edən şirkət olmasına baxmayaraq, ixtisarlara getməsindən məyus olduğunu qeyd edirlər.

“Google”un ana şirkəti “Alphabet” dünya üzrə 12000 iş yerinin ixtisarı ilə bağlı planlarını açıqlayıb. Bu, qlobal işçi qüvvəsinin 6%-nə bərabərdir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR