İnsanlara hürriyət, millətlərə istiqlal!

“Google Maps”da ŞOK DƏYİŞİKLİK: “Amerika körfəzi” mübahisəsi böyüyür - FOTO

Google Maps” ABŞ istifadəçiləri üçün "Meksika körfəzi" adını "Amerika körfəzi" olaraq dəyişdirəcək.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Meksikada ad əvvəlki kimi – "Meksika körfəzi" olaraq qalacaq. Digər ölkələrdə istifadəçilər xəritədə hər iki adı görəcək.

Eyni dəyişiklik Şimali Amerikanın ən yüksək zirvəsi ilə bağlı da tətbiq ediləcək.

Google Maps”da Alyaskadakı Denali dağı yenidən "Mak-Kinli dağı" olaraq göstəriləcək.

ABŞ Daxili İşlər Nazirliyinin keçən həftə yayımladığı bəyanata görə, dəyişiklik prezidentin göstərişi əsasında həyata keçirilir:

“Prezidentin göstərişi ilə artıq "Meksika körfəzi" rəsmi olaraq "Amerika körfəzi" adlanacaq. Şimali Amerikanın ən yüksək zirvəsi (Alyaskadakı Denali dağı) isə yenidən "Mak-Kinli" adı ilə tanınacaq”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR