İnsanlara hürriyət, millətlərə istiqlal!

Gərginliyi artıran növbəti səfər REALLAŞIR - Bu tarixdə...

Ötən ay ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Çindən gələn bütün xəbərdarlıq və təhdidlərə baxmayaraq, Tayvana səfəri regionda gərginliyi pik həddə çatdırmışdı.

Musavat.com "The Guardian"a istinadən xəbər verir ki, bu dəfə ABŞ vitse-prezidenti Kamala Harris yarımadada gərginliyin artması səbəbindən Şimali və Cənubi Koreyanı ayıran, ağır hərbi texnikalar yerləşdirilmiş sərhədə səfər edəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Pxenyan rejimi Cənubi Koreya və ABŞ-ın irimiqyaslı dəniz təlimlərinin başlamasından sonra "münaqişənin alovlanması" riski barədə xəbərdarlıq edib. Bu xəbərdarlıqdan sonra sabah Harris (5 ildən sonra ilk dəfə) sərhədin cənub tərəfindəki silahsızlaşdırılmış zonaya (DMZ) gedəcək.

Harrisin bölgəyə səfəri ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin avqust ayında baş tutan səfərindən sonra yüksək səviyyəli bir ABŞ rəsmisi tərəfindən ilk ziyarət olacaq və Şimal onu "beynəlxalq sülhə ən çox zərər verən insan" kimi pisləyəcək.

Qeyd edək ki, ABŞ və Cənubi Koreyanın birgə təşkil etdiyi hərbi məşqlər davam edir. Bu məşqlər 5 ildən sonra son zamanların ən böyük döyüş təlimi  kimi qiymətləndirilir.

Ağ Ev rəsmilərindən biri Harrisin silahsızlaşdırılmış zonaya səfərinin ABŞ-ın Şimali Koreyadan gələn hər hansı təhlükə qarşısında Cənubi Koreyanın yanında olmaq öhdəliyini vurğulayacağını söyləyib.

Məlumata görə, Harris 1950-53-cü illərdə atəşkəslə başa çatan, lakin sülh müqaviləsi olmayan Koreya müharibəsində öldürülən on minlərlə ABŞ və Koreya əsgərinin "birgə fədakarlığını" xatırlayacaq və oradakı əsgərlərlə görüşəcək, həmçinin ABŞ komandirləri ilə brifinqlər keçirəcək.

Şimali Koreya bu il rekord sayda silah sınaqları keçirib, o cümlədən 2017-ci ildən bəri ilk dəfə qitələrarası ballistik raket tam məsafədən buraxılıb. ABŞ və Cənubi Koreya rəsmiləri aylardır Pxenyanın yeddinci nüvə sınağı keçirəcəyi ilə bağlı xəbərdarlıq etsələr də, bəzi analitiklər Şimali Koreya lideri Kim Çen Inın oktyabrın 16-da Çin Kommunist Partiyasının milli qurultayına qədər gözləyə biləcəyini deyirlər. Çünki Şimali Koreya ən böyük müttəfiqi və ticarət tərəfdaşı olan Çini “utandıracaq” hər hansı bir işdən həmişə çəkinib.

Vaşinqton və Seul rəsmiləri isə hər hansı nüvə sınağına "tez və güclü" cavab veriləcəyini bəyan edirlər.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR