İnsanlara hürriyət, millətlərə istiqlal!

Gərginlik bir anda yüksəldi! SENSASİON İDDİA - Ukraynalı diversantlar sərhədi keçib...

Baxmutda toqquşmalar davam edir. Regionda onsuz da yüksək olan gərginlik bu gün Rusiyadan verilən açıqlama ilə daha da artıb.

Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna təxribat qrupunun Rusiya sərhədini keçərək bir kənddə dinc sakinlərə atəş açdığını bildirib.

Bu, Rusiyanın müharibə başlayandan bəri Ukraynaya qarşı sərhəd pozuntuları barədə ilk ittihamıdır. Moskvanın Kiyevə qarşı əvvəlki ittihamları raket və hava hücumları barədə olub.

"Ukraynalı diversantlar sərhəddəki Lyubeçane kəndinə daxil olaraq mülki avtomobili atəşə tutublar, nəticədə iki nəfər ölüb, 10 yaşlı uşağı yaralanıb", - Bryansk vilayətinin qubernatoru bildirib.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) də təhlükəsizlik qüvvələrinin sərhədi keçib insanları girov götürərək geri çəkilməyə məcbur edən “Ukrayna millətçiləri” ilə toqquşduğunu açıqlayıb. FSB əlavə edib ki, ukraynalılar geri çəkilərkən partlayıcı maddələr qoyublar.

Ukrayna Rusiyanın iddialarını rədd edib.

Ukrayna lideri Vladimir Zelenskinin müşaviri Mixaylo Podolyak deyib: “Rusiya xalqı qorxutmağa çalışır”.

 

Kremlin sözçüsü Dimitri Peskov isə bölgədə baş verənləri "terror hücumu" kimi qiymətləndirib və Putinin təhlükəsizlik xidmətinin yüksək vəzifəli şəxsləri və Rusiya müdafiə naziri ilə vəziyyəti müzakirə etdiyini bildirib. Peskov növbədənkənar iclas barədə iddiaları təkzib edib, lakin şuranın adi iclasının bu gün keçirildiyini qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR