İnsanlara hürriyət, millətlərə istiqlal!

GƏRGİN DEBAT: Azərbaycan Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ: yeni HƏBSLƏR GÖZLƏNİLİR: sırada KİMLƏR VAR?

Xəbər verdiyimiz kimi, 9 May - Qələbə Günü tədbirində SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib. İmişli Rayon Məhkəməsi Saleh Səmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Onun vergidən yayınmada ittiham edildiyi bildirilir.

Xatırladaq ki, mayın 13-də S.Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, S.Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. O həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən də çıxarılıb.

Həbsin DTX tərəfindən həyata keçirilməsi isə bu məsələdə başqa izlərin olması təəssüratını yaradır. Hökumətin Rusiyanın Azərbaycandakı agentura şəbəkəsinə qarşı mübarizəyə keçib? Sırada kimlər var? Xüsusən bölgələrdə ayrı-ayrı ölkələrin agentura şəbəkəsinin yaradılması hansı boşluğun nəticəsidir?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonaqlarımız YAP-çı deputat Elman Nəsirov və Ağ Partiyanın sədri Tural Abbaslıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR