Onlayn ictimai-siyasi qəzet
Çin istehsalı olan “Unitree G1” humanoid robotu ilə bağlı maraqlı hadisə sosial şəbəkələrdə gündəm olub.
Musavat.com xəbər verir ki, robotdan süni intellekt vasitəsilə “axşam yeməyi bişirmək” xahiş edilib. Lakin tapşırığı yerinə yetirərkən o, həm yeməyi, həm də tavanı yerə salıb.
Hadisənin görüntüləri sürətlə yayılıb və istifadəçilər tərəfindən yumorla qarşılanıb. Bəziləri bu səhnəni “robotların mətbəxdəki ilk fiaskosu” adlandırıb.
Qeyd edək ki, “Unitree G1” — süni intellektlə idarə olunan, insanabənzər motor bacarıqları və çevik hərəkət sisteminə malik yeni nəsil robotdur. İstehsalçı şirkət hadisəni texniki sınaq zamanı baş verdiyini, cihazın gələcək versiyalarında hərəkət sabitliyinin artırılacağını bildirib.
Musavat.com
01 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ