Onlayn ictimai-siyasi qəzet
Ukrayna mətbuatı “Flamingo” adlı yeni raketinin buraxılışına dair kadrlar yayıb.
Musavat.com xəbər verir ki, Prezident Volodimir Zelenskiyə istinadən yayılan məlumatlarda “Flamingo” raketlərinin real əməliyyat şəraitində artıq 9 dəfə istifadə edildiyi qeyd olunub. Dövlət başçısının sözlərinə görə, bu silah hazırda Ukraynanın ən effektiv yerli istehsal gəmiyönümlü raketi hesab olunur.
Yayılan görüntülərdə raketin sınaq və döyüş buraxılışları, həmçinin onun uçuş trayektoriyasını əks etdirən kadrlar yer alıb. Hərbi ekspertlər bildirirlər ki, “Flamingo” Ukraynanın müdafiə sənayesində mühüm mərhələnin başlanğıcı sayıla bilər.
Eyni zamanda, mənbələr Kiyevin növbəti mərhələdə öz ballistik raketlərinin istehsalına keçidi nəzərdən keçirdiyini vurğulayır. Bu addım Ukraynanın müharibə şəraitində strateji hücum imkanlarını artırmaq məqsədi daşıyır.
Musavat.com
01 Noyabr 2025
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ