İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna qaz idxalını 20 dəfə artırdı – əsas tədarükçü...

Ukraynaya təbii qaz idxalı 2025-ci ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 19 dəfədən çox artıb.

Musavat.com xəbər verir ki, bu barədə DIXI Group analitik mərkəzi Ukraynanın Dövlət Statistika Xidmətinin məlumatlarına əsasən məlumat yayıb. Bildirilib ki, cari ilin ilk altı ayında Ukrayna 2,3 milyard kubmetr qaz idxal edib. Bunun dəyəri 1,17 milyard ABŞ dolları təşkil edib. Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu rəqəm cəmi 0,12 milyard kubmetr və 36,4 milyon dollar idi.

Mənbəyə görə, idxal edilən qazın bir hissəsi gömrük rəsmiləşdirilmədən, “gömrük anbarı” rejimində Ukraynanın yeraltı qaz anbarlarında saxlanıla bilər, buna görə də real göstəricilər daha yüksək ola bilər.

2025-ci ilin birinci yarısında Ukrayna ümumilikdə 14 ölkədən qaz idxal edib. Ən böyük pay İsveçrənin (55,4%) payına düşüb. Daha sonra Almaniya (12,2%) və Polşa (9%) gəlir. Qalan 11 ölkə birlikdə ümumi idxalın 23,4 faizini təmin edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2025

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR