Onlayn ictimai-siyasi qəzet
Rusiyalı alimlər aktivləşdirilmiş kömürün yerini tuta biləcək yeni təbii adsorbent kəşf ediblər.
Musavat.com xəbər verir ki, tədqiqatçılar bu məqsədlə Rusiyada geniş yayılmış su zanbağı (vodokras lyaguşaçiy) bitkisinin tozundan istifadə ediblər. Araşdırmalar göstərib ki, bu bitkinin tozu çirkləndirici maddələri aktivləşdirilmiş kömürdən 9 faiz daha effektiv udur.
Mütəxəssislər hesab edirlər ki, su zanbağı tozu gələcəkdə farmasevtika və ekoloji təmizləmə sahələrində aktivləşdirilmiş kömürün yerini tuta bilər.
Alimlər bitkinin əsas üstünlüklərini mövcudluq, ucuzluq və ekoloji təmizlik kimi qeyd edirlər:
“Su bitkiləri bərpa olunan resurslardır və istehsal üçün böyük xərclər tələb etmir.”
Bu kəşf, ekoloji cəhətdən dayanıqlı materialların sənaye və tibb sahəsində istifadəsi istiqamətində mühüm addım hesab olunur.
Musavat.com
01 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ