İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dubay şokoladı” diplomatik brendə çevrildi

“Time” jurnalı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Dubay şokoladı”nı ölkənin beynəlxalq imicini formalaşdıran əsas “yumşaq güc” alətlərindən biri kimi təqdim edib.

Musavat.com xəbər verir ki, jurnalda dərc olunan məqalədə bu şokoladın — xüsusilə künəfə və fıstıq dadlı lövhələrinin — BƏƏ ilə dünyanın müxtəlif ölkələrindəki insanlar arasında “emosional körpü” yaratdığı vurğulanır. Müəlliflərin fikrincə, “Dubay şokoladı” sadəcə desert deyil, mədəni diplomatiyanın dadlı formasıdır.

Qeyd olunur ki, cəmi bir il ərzində bu məhsul ölkənin tanıdılması baxımından “Formula-1” kimi beynəlxalq layihələrdən belə daha təsirli nəticə verib.

Məqalədə həmçinin bildirilir ki, bu şokoladın populyarlığı xüsusilə Helouin ərəfəsində Avropa, Şimali Amerika və Asiyada əhəmiyyətli dərəcədə artıb.

Ekspertlər hesab edirlər ki, ərəb brendlərinin qlobal arenaya çıxışı artıq “istehlakçıdan ixracatçıya keçid” mərhələsini göstərir. Müəlliflər misal kimi Yaponiyanın “yumşaq güc” modelini çəkərək vurğulayıblar: necə ki, Tokio dünya səhnəsində öz mədəniyyətini suşi, ramen və anime vasitəsilə tanıdıb, indi də BƏƏ “Dubay şokoladı” ilə edir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR