İnsanlara hürriyət, millətlərə istiqlal!

Novosibirskdə yeniyetmələr hərbçini öldürməyə cəhddə ittiham olunur

Rusiyanın Novosibirsk şəhərində iki yeniyetmə hərbi qulluqçunu zəhərləməyə cəhd etməkdə ittiham edilib.

Musavat.com xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, onlar “Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələrinin sifarişi ilə” hərəkət ediblər. İttihama əsasən, sifarişçilər onlara üç ədəd təhlükəli kimyəvi maddə dolu qab ötürüblər və hərbçini öldürməyə görə pul mükafatı vəd ediblər.

Məlumata görə, 2025-ci il iyulun 26-da yeniyetmələr rus hərbçisinin avtomobilinin qapı tutacağına və arxa güzgüsünə zəhərli qarışıq çəkiblər. Onlar baş verənləri mobil telefonla lentə alıblar. Hadisədən sonra Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən saxlanılıblar.

İstintaqın yaydığı operativ videoda iki nəfərin avtomobilin yanında dayanaraq əlcəkləri və boş qabı zibil qutusuna atdığı görünür. Yerli mediada yayılan məlumatlara görə, hadisə Novosibirskdəki “Sosedi” ticarət mərkəzinin yaxınlığında baş verib.

Yeniyetmələr barəsində “adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri bu cür hallarda bir çox şəxslər “diversiya” və “dövlətə xəyanət” ittihamları ilə saxlanılır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR