İnsanlara hürriyət, millətlərə istiqlal!

Gerasimov Kursk hücumundan XƏBƏRDAR OLUB VƏ... : Putinin səbri TÜKƏNİB - FAKTLAR ORTAYA ÇIXDI

Rusiya ordusunun komandanı Valeri Gerasimov iki ildən artıqdır ki, davam edən müharibədə ilk dəfədir ki, təzyiqlərlə üzləşib. 

Musavat.com bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

Məqalədə qeyd edilib ki, Ukrayna ordusunun Rusiyanın ərazisinə ən böyük müdaxiləsindən sonra baş qərargah rəisi təzyiqlərlə üzləşib.

Qeyd edilib ki, Gerasimov və Müdafiə nazirliyinin digər yüksək vəsifəli şəxsləri hələ iki həftə əvvəldən Ukraynanın Kursk vilayətinə hücumundan xəbərdar olublar. Lakin onlar buna məhəl qoymayıblar və ölkə prezidenti Vladimir Putinə bununla bağlı məlumat verməyiblər. Sırf buna görə də, bölgəyə ehtiyat qüvvələr cəlb edilməyib, müdafiə xətti yaradılmayıb.

Без названия.png (74 KB)

"Gerasimovun qısa müddətdə vəzifəsindən uzaqlaşdırılması ehtimalı az olsa da, Kremldə onun müharibə ilə bağlı verdiyi yanlış qərarlar artıq Putinin səbrini tükətmək üzrədir"- , deyə agentliyə adının açıqlanmağını istəməyən mötəbər mənbə məlumat verib. 

Qeyd edək ki, 68 yaşlı Gerasimov 2012-ci ilin noyabr ayından Rusiya ordusunun Baş Qərargah rəisidir və may ayında Putinin beşinci prezidentlik müddətinə seçildikdən sonra da bu vəzifədə saxlanılıb.

İqtisadçı Andrey Belousov Putinin çoxdankı müttəfiqi olan Sergey Şoyqunun yerinə müdafiə naziri təyin edilib. 

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR