İnsanlara hürriyət, millətlərə istiqlal!

Geosiyasi risklər 70-lərdəki böhranı təkrarlada bilər – Analitiklər

Dünyada artan geosiyasi risklər inflyasiya gözləntilərində kəskin dəyişikliklərə və sonuncu dəfə 1970-ci illərdə müşahidə olunan miqyasda staqflyasiyaya(zəif iqtisadi artım və inflyasiyanın eyni vaxtda müşahidə olunması) səbəb ola bilər.

Musavat.com xəbər verir ki, “Deutsche Bank”ın analitikləri Henry Allen və Cassidy Ainsworth-Grac apardıqları analizlər nəticəsində bu qənaətə gəliblər. Onların fikrincə, G7 ölkələrinin hamısında inflyasiya hədəfin üstündə qalır və əsas sual onun nə qədər belə yüksək səviyyədə qalacağıdır. Ekspertlərə görə, inflyasiyanın yüksək olaraq qalması mərkəzi bankların qiymət sabitliyini bərpa etmək vəzifəsini çətinləşdirəcək: “İnflyasiya hələ də pandemiyadan əvvəlki səviyyədən yuxarı olduğu halda, onun gələcək səviyyəsi iilə bağlı arxayınlaşmamaq vacibdir”.

Baxmayaraq ki, inflyasiya gözləntiləri sabit olaraq qalır, son il yarımda əmtəə qiymətləri xeyli aşağı düşüb, bank analitikləri bunun pul siyasətinin vaxtından əvvəl yumşaldılması üçün bir səbəb olmadığını qənaətindədirlər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR