İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənclərdə bağırsaq xərçənginin inkişafına səbəb olan RİSK faktorları 

İtaliyanın Milan Universitetinin alimləri gənclər arasında bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorlarını açıqlayıblar.

Araşdırmanın nəticələri “Annals of Oncology” jurnalında dərc olunub.

Alimlər gənclər arasında bağırsaq xərçənginin artmasına səbəb olan əsas amillərə artıq çəki, piylənmə, hiperglisemiya və diabet kimi əlaqəli patologiyaların daxil olduğunu bildiriblər.

Araşdırmanın müəllifləri həmçinin qeyd ediblər ki, qəbul edilən alkoqollu içkilərin miqdarının artması və fiziki aktivliyin azalması da bağırsaq xərçənginin yaranmasına səbəb ola bilər. (Oxu.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR