İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədən növbəti hümanitar yardım Türkiyəyə yola salınıb

Türkiyədə zəlzələdən zərər çəkmişlərə yardım məqsədi ilə Gəncə şəhərindən növbəti humanitar yardım yola salınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, bu gün daha 1 yük maşını hümanitar yardım qardaş ölkəyə göndərilib.

Qardaş ölkəyə göndərilən hümanitar yardım yol şəraiti nəzərə alınaraq qısa zamanda təyin edilən ünvana çatdırılacaq.

Yardımlar içərisində uşaq bezləri, uşaq yeməkləri, istilik vasitələri, isti paltarlar və digər zəruri əşyalar var.

Qeyd edək ki, zəlzələdən zərər çəkmiş şəxslər üçün yardım kərvanı növbəti günlərdə də davam edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR