Onlayn ictimai-siyasi qəzet
Qaçaqmalçılıqda ittiham olunan Türkiyə vətəndaşı Kıvcı Abdulkadirin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Musavat.com xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Elmin Rüstəmovun icraatındadır. Məhkəmənin hazırlıq iclası sentyabrın 4-nə təyin edilib.
Qeyd edək ki, Kıvcı Abdulkadirin qabaqcadan əlbir olduğu bir qrup şəxslə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsini təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib. Onun barəsində Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə ittiham irəli sürülüb və barəsində beynəlxalq axtarış elan edilib. Kıvıcı Abdulkadir bu il aprelin 5-də Moldova Respublikası ərazisində saxlanılaraq ölkəmizə ekstradisiya edilib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ