Onlayn ictimai-siyasi qəzet
Gəncədə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş Zəfər yürüşü keçirilib.
Məlumata görə, zəfər yürüşü Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Quru Qoşunların Komandanlığının təşkilatçılığı ilə baş tutub.
Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüş şəhərin Nizami Gəncəvi prospektindən başlayaraq, Heydər Əliyev və Atatürk prpospektləri ilə davam edib.
Hərbi yürüş sakinlər tərəfindən böyük coşqu ilə qarşılanıb. Sakinlər əllərində Türkiyə və Azərbaycan bayraqları ilə hərbçiləri alqışlayıblar.
Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü münasibətilə Gəncə şəhərinlə yanaşı həmçinin Bakı, Xankəndi, Şuşa və Laçın şəhərlərində də hərbi yürüş keçirilib.//Report
06 Iyul 2025
05 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ