İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə bıçaqlandıqdan sonra evi yandırılan qadın danışdı - SENSASİON detallar üzə çıxdı - VİDEO

Musavat.com-un bölgə müxbiri hadisə ilə bağlı detalları öyrənib.

Məlumata görə, hadisəni törədən Adil adlı şəxs bir müddət öncə ev yiyəsi, bıçaqlanan 1961-ci il təvəllüdlü Şahməmmədova Gülnaz Saleh qızından pul istəyib. Ancaq istədiyi pulu ala bilməyib.

Qadına pula görə hədə-qorxu gəldiyi üçün Gülnar Şahməmmədova onu polisə şikayət edib. Daha sonra Adil qadının evinə gedib və aralarında mübahisə yaranıb.

Mübahisədən sonra o, qadına bıçaqla xəsarət yetirib, evi də yandırıb. Baş verən yanğın nəticəsində özü dünyasını dəyişib.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, F.Əmirov küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Musavat.com-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 36 m² olan mənzildə baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birotaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, həmçinin digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, bir nəfər ölüb.

FHN-in qüvvələri tərəfindən, həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Gəncə şəhərində yaşayış binasında partlayış baş verib.

Hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən binaların birində qeydə alınıb.

Yaşayış binasında mənzillərin birində baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.  (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR