Onlayn ictimai-siyasi qəzet
Rusiya hökuməti bazar ertəsinin sonunadək atəşkəsə razılaşmasa, Avropa yeni sanksiyaların tətbiqinə başlayacaq.
Musavat.com xəbər verir ki, bu barədə Almaniya hökumətinin nümayəndəsi Ştefan Kornelius açıqlama verib.
Onun sözlərinə görə, əgər Rusiya Ukraynanın müttəfiqləri tərəfindən irəli sürülən 30 günlük atəşkəs tələbini qəbul etməzsə, Avropa İttifaqı sanksiyalara hazırlıq prosesini dərhal işə salacaq.
“Vaxt keçir, günün sonuna qədər 12 saatımız qalıb. Əgər bu müddət ərzində atəşkəs əldə olunmazsa, Avropa tərəfi sanksiyaların hazırlanmasına başlayacaq,” – deyə Kornelius bildirib.
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ