İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Rusiya ilə Ukrayna arasında QIRĞIN gedir, dronlar şəhərləri BOMBALAYIR - CANLI

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, Rusiya mayın 12-nə keçən gecə Ukraynaya 108 pilotsuz uçuş aparatı ilə hücum edib. Hava hücumundan müdafiə qüvvələri onlardan 55-ni məhv etməyə nail olub.

Hücumlar əsasən Odessa, Nikolayev, Donetsk və Jitomir vilayətlərinə yönəlib. Donetsk vilayətində Rusiyaya məxsus pilotsuz uçan aparat mülki yük qatarını vurub, nəticədə qatarın maşinisti yaralanıb.

Digər tərəfdən, Rusiyanın Kursk vilayətinin yerli hakimiyyət orqanları Ukrayna Silahlı Qüvvələrini Rılsk kəndinə raket zərbəsi endirməkdə ittiham edib. Kursk vilayətinin qubernator vəzifəsini icra edən Aleksandr Xinşteyn hücum nəticəsində üç nəfərin yaralandığını bildirib.
Rusiya ordusu Donetsk vilayətinin Kotlyarovka yaşayış məntəqəsini ələ keçirib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Vaqif Hüseynlə gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR