İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ilə Çin arasında 2 milyardlıq sövdələşmə: bu ölkələr də fayda götürəcək

“İsveçrədə ABŞ-Çin ticarət-tarif danışıqları dünən yekunlaşdı və razılaşma əldə olundu. ABŞ Çinə tətbiq etdiyi 145% tarifləri 30%-ə, Çin isə ABŞ mallarına tətbiq etdiyi 125% tarifləri 10%-ə saldı. Yəni Tramp istəyinə çatdı, 30%-lik tariflərdən ABŞ ilə 130 mlrd. dollar əlavə qazanc əldə edəcək. Bundan başqa, Çin öhdəlik götürüb ki, ABŞ-dan daha çox məhsul alacaq”.

Musavat.com xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli bildirib.

NATİQ CEFERLİ.jpg (27 KB)

O qeyd edib ki, Donald Trampın tarif siyasəti ABŞ-a günə, təxminən, 2 mlrd. dollar əlavə qazanc gətirəcək, bütün ölkələr də bundan məmnun olacaqlar:

“O ki qaldı “tariflər ABŞ-da inflyasiyanı artıracaq” tezisinə, belə fikir səsləndirənlər iqtisadiyyata formal, düzxətli baxışa malik olanlardır.

Daxildə benzin ucuzlaşır – inflyasiyaya təsir edib qiymətləri aşağı çəkir, Tramp vergiləri endirir – bu da inflyasiyanı azaldan təsir göstərir”.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR