Onlayn ictimai-siyasi qəzet
Fransanın xarici işlər naziri Jan-Noel Barro Rusiya prezidenti Vladimir Putinə Ukrayna lideri Volodimir Zelenski ilə birbaşa görüş keçirməyi təklif edib.
Musavat.com xəbər verir ki, fransız diplomat bu təklifi İstanbulda baş tutacaq mümkün görüş çərçivəsində irəli sürüb.
Nazir bildirib:
“Bu həftəsonu Kiyevdə biz güc nümayişinə və Avropa birliyinə şahid olduq. ABŞ-ın da dəstəklədiyi şəkildə, 30 günlük qeyd-şərtsiz atəşkəsə dair yekdil çağırış səsləndirildi. Ukrayna prezidenti Volodimir Zelenski fürsətdən istifadə edərək şəxsən İstanbulda görüş təklif etdi. Biz indi Vladimir Putini bu təşəbbüsə razılıq verməyə çağırırıq”.
Bu barədə Fransanın nüfuzlu “Le Figaro” nəşri məlumat yayıb.
Qeyd edək ki, son günlər Rusiya ilə Qərb arasında Ukrayna ilə bağlı diplomatik fəallıq artmaqdadır. İndi isə diqqətlər mümkün İstanbul görüşünə yönəlib.
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ