İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və İran arasında uran danışıqları davam edir

Oman ABŞ-İran nüvə danışıqlarının dördüncü mərhələsinə ev sahibliyi edib. Danışıqlar ekspert qruplarının məsləhətləşmələri ilə paralel olaraq yüksək səviyyədə keçirilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Vaşinqton və Tehran Tramp administrasiyasının İranın uranın minimal zənginləşdirilməsi hüququnu qoruyub saxlamayacağına dair hələ də qərarsız mövqeyindən qaynaqlanan fasilədən sonra diplomatik səyləri bərpa ediblər. İran diplomatları artıq yenilənmiş danışıqlardan yaxşı heç nə gözləmədiklərini və ən pis ssenarilərə hazırlaşdıqlarını bildirirlər.

ABŞ və İran arasında yüksək səviyyəli danışıqların sonuncu raundu ekspert qrupları arasında texniki məsləhətləşmələrlə yanaşı baş tutub. Bu, qısa fasilədən sonra təşkil olunan dördüncü görüş olub. Əvvəlki fikir mübadiləsi aprelin 26-da Maskatda baş tutub, daha sonra tərəflər texniki çətinliklərə görə gecikmə elan ediblər. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi hazırkı danışıqlardan əvvəl bildirib ki, islam respublikasının diplomatları Vaşinqton və Tehran arasında təklif olunan razılaşmalar çərçivəsində milli maraqları qorumaq və “ölkənin dinc nüvə enerjisi sahəsində əldə etdiyi nailiyyətlərin qorunub saxlanmasına” nail olmaq vəzifəsi ilə Omana gediblər.

İranın xarici işlər naziri Abbas Əraqçi yenilənmiş məsləhətləşmələrdən bir müddət əvvəl bəyan edib ki, ABŞ-nin mövqeyində baş verən dalğalanmalar hazırda diplomatik prosesin irəliləməsinə səbəb olan əsas dayandırıcı amildir. "Amerikalılar danışıqlarda ziddiyyətli mövqe tuturlar. Bu, danışıqlar prosesində ən ciddi problemlərdən biridir”- nazir bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR