İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncə sakinlərində narkotik vasitə aşkarlanıb

Gəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirir.

DİN-dən Musavat.com-a verilən xəbərə görə, Baş İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Fərid Rəhimov saxlanılıb. Onun üzrənə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar olunaraq götürlüb.

Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat axtarış tədbirləri ilə onlayn yolla narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Elnur Nuriyev saxlanılıb. Şübhəli şəxsin üzərində müxtəlif qablarda ümumi çəkisi 258.66 qram narkotik vasitə olan “heroin” və narkotik maddə qəbul etmək üçün digər ləvazimatlar aşkar olunaraq götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Musavat..com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR