İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncə kəndləri qara təslim oldu – VİDEO

Bu il qərb bölgəsinə qış fəslinin gəlişi daha tez müşahidə olunur. Gəncə şəhərinin Hacıkənd, Göygölün Toğanalı kəndlərinə qar yağıb. Gecədən başlayan qar yağışı ətrafı ağ örpəyə bürüyüb. Əsas avtomobil yollarının qardan təmizlənməsi işləri aparılır.

Avtomobil yolunun qardan təmizlənməsi üçün qum və duz ehtiyyatlarından istifadə olunur. Əraziyə canlı qüvvə ilə yanaşı texnika da gətirilib. Bundan başqa xüsusi qərargah yaradılıb.

Avtomobil Yolları Dövlət Agnetliyinin 24-nömrəli Yol İsitismarı MMC-ti tərəfindən 200 kub qum və 20 tona yaxın duz ehtiyyatı hazırlanıb. Görülən işlərə baxmayaraq bəzi avtomobillərin hərəkətində çətinliklər yaşanıb.
Avtomobillərini qış fəslinə hazırlaya bilməyən sürücülər getdikləri ünvana vaxtında çata bilməyib.

Qarı sössüz ki, ən çox uşaqların sevincinə səbəb olub. Bütün çətinliklərə baxmayaraq bəzi sakinlər özləri və ailə üzvüləri ilə birlikdə Hacıkənd qəsəbəsinə, eləcə də Göygöl rayonuna gələrək qarın sevincini yaşayıblar. Onu da bildirək ki, Gəncə və ətraf bölgələrdə qarlı hava şəraiti davam edir.

İlham Məmmədov
Nazir Quliyev
Gəncə

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR