İnsanlara hürriyət, millətlərə istiqlal!

Gələn ildən Qazaxıstanda Türkiyə PUA-larının istehsalına başlanılır

Qazaxıstan 2024-cü ildən Türkiyənin Anka kəşfiyyat-zərbə PUA-sının istehsalına başlayacaq.

Bu barədə inbusiness.kz saytı Anka-nın istehsalçısı olan Turkish Aerospace şirkətinin təmsilçisi Erol Oğuza istinadən məlumat yayıb.

E. Oğuz bildirib ki, məqsəd yalnız istehsalı qurmaq deyil, Qazaxıstanın PUA istehsalı sahəaində qabaqcıl texnologiyaları mənimsəyərək öz məhsullarını buraxmaq potensialını formalaşdırmasına nail olmaqdır.

Qeyd edək ki, 2022-ci ildə Kazakhstan Engineering şirkəti ilə Turkish Aerospace arasında hərbi-strateji sahədə əməkdaşlıq memorandumu imzalanıb. Memorandum Anka PUA-larının Qazaxıstanda istehsalının təmin olunmasını da nəzərdə tutur. Anka PUA-larının qanad ölçüsü 17.5 metr, uzunluğu 8.6 metr, hündürlüyü 3.2 metr təşkil edir. 1.7 ton ağırlığında olan Anka 350 kq yüklə 30 saat havada qala bilir. 200 km/saat sürətlə 9.1 km yüksəkliyə qalxa bilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR