İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının bu ərazisində söküntü başlayır - Nə qədər kompensasiya veriləcək?

"Papanin" kimi tanınan məşhur Cəlil Məmmədquluzadə küçəsində söküntü işlərinin aparılacağı ilə bağlı məlumata Nəsimi Rayon İcra Hakimiyyəti münasibət bildirib.

İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, Bakı şəhərinin inkişafı istiqamətində görülən abadlıq-quruculuq işlərinin genişləndirilməsi məqsədilə Nəsimi rayonunun müvafiq əraziləri üzrə müfəssəl məlumatların toplanması istiqamətində işlər aparılır:

"Həmin ərazilərdə söküntü işlərinin aparılıb-aparılmaması ilə bağlı heç bir məlumatımız yoxdur".

 

***

Bakının Nəsimi rayonunda böyük söküntü başlayır. Söhbət "Papanin" kimi tanınan məşhur Cəlil Məmmədquluzadə küçəsindəki həyət evlərindən gedir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, artıq siyahıya alınma prosesinə başlanılıb.

Aparılacaq söküntü ilə bağlı hər m²-ə görə əhaliyə veriləcək kompensasiyanın məbləği 2 700 manat müəyyən edilib.

İllərdir gözlənilən söküntüyə artıq bu ilin payızında başlanacağı bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR