İnsanlara hürriyət, millətlərə istiqlal!

Cahangir Hacıyevin həyat yoldaşı ilə şərik olduqdan sonra həbs edilmişdi - İlqar İsmayılov azadlıqda

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov azadlığa çıxıb.

Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə İlqar İsmayılov cəzasının qalan hissəsindən azad edilib və cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.


Xatırladaq ki, 2021-ci ildə həvs edilən İlqar İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək sahibi olduğu “İdeal”dan 680 min manatlıq mənimsəmədə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülmüşdü.

Lakin o, ittihamları qəbul etmirdi. İş adamı bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənərək həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb.

Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.

Bildirək ki, İlqar İsmayılov AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva ilə şərik olublar. Ona şirkətin böyüdülməsi ilə bağlı təklif gələn zaman qəbul edib. Şirkətin bir hissəsi Zərifə Həməzəyevanın adamlarının adına keçirilib. Şirkətin gəlirləri Zərifə Həmzəyeva tərəfindən şəriklər arasında bölüşdürülürmüş. Şirkəti faktiki nəzarəti Zərifə Hməzyeva edirdi. İlqar İsmayılovun bütün payı əlindən alındıqdan sonra şirkətin adı “ADORE” olaraq dəyişdirilib.

Zərifə Həmzəyeva həm də "Gazelli Group" şirkətinin təsisçisi və prezidenti idi. Həmzəyeva bu ilin yanvar ayında dünyasını dəyişib.

İlkin Muradov


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR