Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Türkiyə ilə münasibətlərin normallaşdırılması səylərinə qarşı müxalifət tərəfindən yönələn tənqidlərə cavab verib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Əgər Türkiyə kimi bir ölkə ilə barışa getmiriksə, onda hansı yolla getməliyik?”, – deyə Paşinyan sual edib və bu istiqamətdə səslənən narazılıqların əslində cəmiyyətə yanlış seçimlər diktə etdiyini vurğulayıb:
“Bizi tənqid edənlər nə demək istəyirlər? Onlar hesab edirlər ki, Türkiyə ilə müharibəmi aparmalıyıq? Biz ümumiyyətlə nə dediyimizi anlayırıqmı?” - Paşinyan qeyd edib ki, ictimai rəyə atılan bu cür emosional tezislər cəmiyyətdə əsas məsələnin mahiyyətini dərk etməyə imkan vermir.
O əlavə edib ki, Ermənistan hökumətinin məqsədi uzunmüddətli və sabit sülhün təmin edilməsidir:
“Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik və əminəm ki, Ermənistan xalqı bizi bu məsələdə dəstəkləyir. Sadəcə fərziyyə deyil, bu mənim inamımdır”.
Musavat.com
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ