Onlayn ictimai-siyasi qəzet
İyulun 17-də saat 23:00-da Qarabağdakı terrorçu qurumun oyuncaq “parlamenti”nin “sədri” Artur Tovmasyan “fraksiya rəhbərlərinin və daimi komissiya sədrləri”nin iştirakı ilə “fövqəladə iclas” keçirib.
Musavat.com-un xəbərinə görə, Tovmasyan baş terrorçu Araik Arutyunyanın Xankəndinin “İntibah meydanı”nda başlayan oturaq aksiyaya qoşulduğunu bildirib.
O qeyd edib ki, oturaq etiraz aksiyası ən ekstremal mübarizə tədbiri olmasa da, ekstremal mübarizə tədbirlərindən biridir. Separatçı iddia edib ki, “artsax”ın gündən-günə “tam mühasirəyə alınması” ağır vəziyyətə gətirib çıxarıb ki, bu da geridönməz nəticələrə səbəb olacaq.
Musavat.com
12 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ