İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecə onlarla nömrə itib, sürücülər nə etsin?- Rəsmi cavab

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda yağan aramsız yağışlar bir sıra fəsadlara yol açıb.

“Qafqazinfo”nun məlumatına görə, bunun nəticəsində dünən axşam saatlarında bir sıra sürücülər avtomobilin dövlət nömrə nişanını itirib.

Bununla bağlı sosial şəbəkələrdə kifayət qədər paylaşıma rast gəlmək mümkündür. Kimisi itirdiyi nömrəni axtarır, kimisi də tapdığı nömrənin sahibini.

Bəs, təbiət hadisəsinin səbəb olduğu zərərə görə sürücülərə hər hansı güzəşt oluna bilər?

“Qafqazinfo” suala cavab tapmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı Mübariz Ağayevlə əlaqə saxlayıb. Qurum rəsmisi bildirib ki, belə durumda qanunvericilikdə heç bir güzəşt nəzərdə tutulmayıb:

“Qaldırdığınız məsələ ilə bağlı qanunvericilikdə heç bir imtiyaz nəzərdə tutulmayıb. Əksinə, avtomobil sahiblərinin üzərinə dövlət qeydiyyat nişanlarının təmiz saxlanılması, istehsalçı zavod tərəfindən müəyyən edilmiş yerlərdə bərkidilməsi və orada dayanıqlılığın təmin edilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi kimi vəzifələr qoyulub. Dövlət qeydiyyat nişanı qeydiyyat aparılarkən təhkim olunmuş eyniləşdirmə vasitəsidir.

Nömrənin itirlməsinə görə isə hər hansı cərimə nəzərdə tutulmayıb. Sadəcə, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs aidiyyəti üzrə ərazi polis orqanına müraciət etməlidir. Nömrə itirilirsə və tapılmırsa, yenidən həmin dövlət nömrə nişanı verilmir. Bu zaman nömrə sərfiyyatdan çıxarılır. Bu halda avtomobil sahibi yeni dövlət nömrə nişanı almalıdır. Bunun üçün o, Yol hərəkəti haqqında Qanunda nəzərdə tutulmuş qaydada ərazi aidiyyəti üzrə BDYPİ-nin Qeydiyyat-imtahan məntəqələsinə müraciəti etməlidir”.  

Mübariz Ağayev xoşagəlməz durumlarla qarşılaşmamaq üçün sürücülərə mürariət də edib. O, bu cür havalarda nəqliyyat vasitələrinin sazlığının təmin olunmağının vacibliyini bir daha xatırladıb.








ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Noyabr 2024

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR