İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Odessanı bombalayır, şəhər od içində yanır

Bu gecə Rusiya ordusu tərəfindən Ukraynanın Odessa şəhərinə pilotsuz “Şahed” dronları ilə genişmiqyaslı hücum həyata keçirilib.

Yerli mənbələrin verdiyi məlumata görə, havada təxminən 30-a yaxın “Şahed” dronu müşahidə olunub və onların ilk qrupları birbaşa Odessa istiqamətində hərəkətə keçib.

Musavat.com xəbər verir ki, şəhər sakinləri hücum anlarını sosial şəbəkələrdə paylaşaraq, güclü partlayış səsləri və ardınca başlayan yanğınlar barədə məlumat veriblər. Hazırda şəhərdə bir neçə məkanda güclü yanğınlar qeydə alınıb, xilasetmə və yanğınsöndürmə briqadaları hadisə yerindədir.

Sosial mediada yayılan paylaşımlarda yerli sakinlərə xəbərdarlıq edilib: “Belə etməyin, xahiş olunur – həyatınızı qoruyun.”

Hadisə ilə bağlı daha ətraflı məlumatlar yaxın saatlarda bəlli olacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR