İnsanlara hürriyət, millətlərə istiqlal!

Futbol üzrə dünya çempionatı bu kanalda CANLI YAYIMLANACAQ

İTV bu il noyabr-dekabr aylarında Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını canlı yayımlayacaq.

Musavat.com xəbər verir ki, bunu İTV-nin baş direktoru Balakişi Qasımov APA-ya açıqlamasında deyib.

O bildirib ki, detektiv janrda iki maraqlı serialın çəkilişi aparılır. “Əminəm ki, bu seriallar bazarda çevriliş yaradacaq. Yeni mövsümdən bu serialların da yayımı həyata keçiriləcək”.

Balakişi Qasımov “Maska” şounun da İTV-də yayımlanacağını vurğulayıb: “Biz hər il izləyicilərə beynəlxalq lisenziyalı layihə təqdim etməyə çalışırıq. “Maska” şou layihəsinin təqdimatı olacaq. Planlaşdırırıq ki, “Maska” şou yanvar ayından efirdə olsun”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR