Onlayn ictimai-siyasi qəzet
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda keçirilən Beynəlxalq Parlament Konfransında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay çıxış edib.
Fuat Oktay çıxışını səmimi salamlar və Azərbaycan parlamentinin 106-cı ildönümü ilə bağlı təbriklərlə başlayıb. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin adını sayğı ilə xatırlayan millət vəkili Milli Lider Heydər Əliyevə ehtiramını ifadə edib. Həmçinin Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, sözlərini də xatırlatdı.
İki qardaş ölkə arasındakı əlaqələrdən danışan Fuat Oktay Azərbaycanın Zəfərindən bəhs edib. O bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurma iradəsinin ən konkret göstəricisi olub.
F.Oktayın sözlərinə görə, Şuşa Bəyannaməsi təkcə bir müttəfiqlik bağı deyil, eyni zamanda münasibətlərimizin gələcəyinə dair aydın bir perspektiv, bir yol xəritəsidir.
Komitə sədri qeyd edib ki, 2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı ölkələrimiz arasındakı həmrəylik, bölgədəki güc balansını dəyişdirən mühüm bir amil olub: “44 günlük Vətən müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi, Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurma iradəsinin ən konkret göstəricisi olub. Şuşa Bəyannaməsi təkcə bir müttəfiqlik bağı deyil, eyni zamanda münasibətlərimizin gələcəyinə dair aydın bir perspektiv, bir yol xəritəsidir. Həm ikitərəfli səviyyədə, həm də Türk Dövlətləri Təşkilatı başda olmaqla bütün platformalarda nümayiş etdirdiyimiz qardaşlıq və həmrəylik iradəsi ortaq gələcəyimizin təminatıdır”.
F.Oktay qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı ölkələrimiz arasındakı həmrəylik, bölgədəki güc balansını dəyişdirən mühüm bir amil olub. TBMM üzvü qeyd edib ki, bu gün öz vətənimizdə, öz qardaşlarımızla bir yerdəyik.
E.Paşasoy,
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ