Onlayn ictimai-siyasi qəzet
Korsika xalqı rəsmi Parisin yerli əhalinin assimilyasiyasına və onların milli kimliyinin məhv edilməsinə yönəlmiş çoxillik müstəmləkə siyasəti səbəbindən yox olma təhlükəsi ilə üzləşir.
“Report” xəbər verir ki, bu barədə Korsikanın “Nazione” partiyasının nümayəndəsi Fransua Benedetti Bakıda keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda danışıb.
"Fransa bütün mümkün vasitələrlə xalqımızın mövcudluğunu silməyə çalışır. Bir çoxları səhvən korsikalıları fransalı hesab edir, lakin bu belə deyil. Paris Korsikanı təkcə keçmişindən deyil, həm də indisindən məhrum edib", - siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, Fransa adanın inkişafını ləngitmək üçün iqtisadi vasitələrdən də istifadə edir.
F.Benedetti, həmçinin milli-azadlıq hərəkatlarının dəstəklənməsinə və müstəmləkəçiliyə qarşı mübarizəyə yönəlmiş işinə görə Bakı Təşəbbüs Qrupuna (BTQ) təşəkkürünü bildirib.
"Korsika, digər ərazilər kimi, zülmdən azad olmağa çalışır. Bu mübarizədə bizə həm Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparanlarla, həm də Niderland zülmünə qarşı müqavimət göstərənlərlə həmrəylik lazımdır", - o qeyd edib.
01 Aprel 2025
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ