Onlayn ictimai-siyasi qəzet
Fransanın yeni hökumətində erməni nazirlər də yer alıb.
Məlumata görə, yeni təyin olunmuş baş nazir Mişel Barnyenin şənbə günü axşam açıqladığı yeni hökumətin tərkibində erməni əsilli iki nazir də var.
Xüsusən Astrid Panosyan-Buve əmək və məşğulluq naziri təyin olunub. Qiyom Kasparyan isə dövlət qulluğu işləri, dövlət fəaliyyətinin sadələşdirilməsi və transformasiyası naziri vəzifəsini icra edəcək.
Qeyd edək ki "Demokratik Hərəkat Partiyası"ndan olan Jan-Noel Barro yeni xarici işlər naziri təyin edilib. O, Fransa Prezidenti Emmanuel Makronun təklifi ilə Aİ-nin çiçəklənməsi və sənaye strategiyasına cavabdeh olan Avropa Komissiyasının vitse-prezidenti vəzifəsinə təyin edilmiş "İntibah" partiyasından olan Stefan Sejurneni əvəzləyəcək. Müdafiə naziri postu Sebastyen Lekornuya həvalə edilib.//Report
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ